WSJ: Vens İranın kəşfiyyat rəsmisi ilə şəxsən danışıqlar apara bilər

Digər ölkələr
  • 12 noyabr, 2026
  • 04:42
WSJ: Vens İranın kəşfiyyat rəsmisi ilə şəxsən danışıqlar apara bilər

ABŞ-nin vitse-prezidenti Cey Di Vens İranın yüksək vəzifəli təhlükəsizlik rəsmisi ilə üzbəüz danışıqlar aparmağı düşünür.

"Report" xəbər verir ki, bu barədə "The Wall Street Journal" mənbələrə istinadən məlumat yayıb.

"Vitse-prezident Cey Di Vens Respublikaçılar Partiyası üçün maneə hesab etdiyi müharibəyə son qoymaq üçün İranın yüksək vəzifəli təhlükəsizlik rəsmisi ilə üzbəüz danışıqlar aparmağı düşünür", - nəşr yazır.

Mənbələrin məlumatına görə, son günlər ABŞ Prezidenti Donald Tramp yüksək vəzifəli köməkçilərinə və həmkarlarına Vensin İranla danışıqları bərpa etməsinə açıq olduğunu bildirib və ona danışıqları aparmaq səlahiyyəti verib.

Nəşrin mənbələri qeyd edib ki, Vens və İran rəsmiləri görüşməyə razı olarsa, Qətərin paytaxtı Doha danışıqların növbəti mərhələsi üçün mümkün məkan kimi nəzərdən keçirilir.

Oktyabrda ABŞ-ni vitse-prezidenti İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzaeyə görüşlə bağlı məktub göndərib.