Serbiyanın kəşfiyyat xidmətinin direktor müavini vəzifəsindən azad edilib

Digər ölkələr
  • 12 noyabr, 2026
  • 02:02
Serbiyanın kəşfiyyat xidmətinin direktor müavini vəzifəsindən azad edilib

Serbiyanın Təhlükəsizlik və Kəşfiyyat Agentliyinin (BIA) direktor müavini Tomislav Radovanoviç vəzifəsindən azad edilib.

"Report"un Balkan bürosu xəbər verir ki, bu barədə Serbiyanın "Radar" həftəlik jurnalı məlumat yayıb.

Nəşrin yazdığına görə, Radovanoviçin vəzifədən kənarlaşdırılması son bir həftə ərzində BIA-da baş verən bir sıra kadr dəyişikliklərinin növbəti mərhələsidir. Agentlikdəki dəyişikliklər "Radar" redaksiyasının və digər ictimai xadimlərin izlənilməsi ilə bağlı jurnalın yaydığı məlumatlardan sonra baş verib.

Jurnalın əldə etdiyi məlumata əsasən, Radovanoviçin vəzifəsindən azad edilməsindən əvvəl BIA-nın Birinci İdarəsinin rəhbəri Miloş Simiç də tutduğu vəzifədən kənarlaşdırılıb və ona əmək münasibətlərinə xitam verilməsi barədə bildiriş təqdim olunub. "Radar" bu addımın Serbiya kəşfiyyat xidmətinin tarixində presedenti olmadığını qeyd edib.

Nəşrin istinad etdiyi qeyri-rəsmi məlumata görə, Simiçin vəzifədən kənarlaşdırılmasının əsas səbəbi onun jurnalın redaksiyasının izlənilməsi ilə bağlı qeydlərin saxtalaşdırılması barədə qanunsuz göstərişi yerinə yetirməkdən imtina etməsi olub.