Vuçiç Serbiyada prezident seçkilərini diqqətdən kənarda qoyacağını açıqlayıb

Digər ölkələr
  • 12 noyabr, 2026
  • 02:13
Vuçiç Serbiyada prezident seçkilərini diqqətdən kənarda qoyacağını açıqlayıb

Serbiyanın "Birləşmiş Serbiya" seçki siyahısının lider namizədi Aleksandar Vuçiç prezident seçkilərini tamamilə diqqətdən kənarda qoyacağını və ölkədə vəziyyətin normal olduğu barədə yanlış təsəvvür yaratmaq istəmədiyini bildirib.

"Report"un Balkan bürosu xəbər verir ki, o, bu mövqeyin şəxsi fikri olduğunu vurğulayaraq, SNS-in Baş Şurası və Partiya Məclisinin dekabrda toplanacağını və prezident seçkilərində iştirakla bağlı rəsmi qərar qəbul edəcəyini bildirib.

Vuçiçin sözlərinə görə, yalnız formal iştirak xatirinə prezidentliyə namizəd irəli sürməyin mənası yoxdur.

"Hazırda seçkilərin keçirilməsi nə mümkündür, nə də normaldır. Çünki adi insanlar nəfəs almağa belə imkan tapmaq üçün mübarizə aparırlar", - o qeyd edib.

Vuçiç həmçinin SNS-in Stoyan Radenoviçi parlament sədri vəzifəsinə namizəd göstərəcəyini açıqlayıb. Bununla belə, parlament çoxluğunun bu namizədliyi qəbul edəcəyini gözləmədiyini bildirib.

Vuçiç qeyd edib ki, Serbiya parlamentinin baş katibindən cümə günü məsləhətləşmələrdə iştirak etmək üçün dəvət alıblar və görüşə qatılacaqlarını təsdiqləyib.

O, rəhbərlik etdiyi koalisiyanın parlament iclaslarında iştirak edəcəyini də bildirib. Vuçiç əlavə edib ki, koalisiyanın parlament fraksiyası üçün hələ ad seçilməlidir.