İctimai fəal Rail Abbasov 6 il 6 ay azadlıqdan məhrum edilib
Hadisə
- 09 yanvar, 2025
- 08:58
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Dələduzluqda ittiham olunan ictimai fəal Rail Abbasovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
"Report" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədriliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, Rail Abbasov 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, prokuror ötən prosesdəki çıxışında Rail Abbasovun 8 il azadlıqdan məhrum edilməsini istəmişdi.
Qeyd edək ki, R.Abbasov ötən il sentyabrın 20-də saxlanılıb. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunurdu. İstintaq orqanı ictimai fəalı ev alqı-satqısı zamanı dələduzluqda günahlandırırdı.
Son xəbərlər
12:58
Üç rayonda yararsız pestisidlərlə çirklənmiş ərazilərin təmizlənməsinə başlanılıb
Sosial müdafiə
12:55
Dmitro Şlapaçenko: "Azərbaycanda gələn il yeni DİM dialoqları keçiriləcək"
Maliyyə
12:53
Foto
Şirvan suvarma kanalının yenidən qurulması çərçivəsində görülən işlər açıqlanıb
İnfrastruktur
12:51
"World Winners Cup Alanya 2026": Azərbaycanın "Marafon" klubu üçüncü oyunda da məğlub olub
Futbol
12:50
Bakıda məktəblinin 4-cü mərtəbədən yıxılaraq ölməsi faktı araşdırılır
Hadisə
12:50
Nazir müavini: "Qarşımızdakı əsas prioritetlərdən biri iqlim hədəflərinə nail olmaqdır"
Biznes
12:46
Paşinyan İranla sərhəd infrastrukturunun inventarlaşdırılması üçün komissiya yaradıb
Region
12:42
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Aparat rəhbəri vəzifəsinə təyinat olub
Daxili siyasət
12:42
Allahşükür Paşazadə: Dini mərkəzlər arasında əməkdaşlıq yüksələn xətt üzrə inkişaf edir
Din