“Zirə”nin futbolçusu Azərbaycan çempionatlarında 100 oyun keçirən ilk yunanıstanlı olub
Futbol
- 04 mart, 2024
- 07:13
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
“Zirə”nin müdafiəçisi Dmitrios Çantakias Azərbaycan çempionatlarında 100 oyun keçirən ilk yunanıstanlı futbolçu olub.
“Report”un Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən məlumatına görə, onun yubileyi Premyer Liqanın XXV turunda “Turan Tovuz”la qarşılaşmaya təsadüf edib.
29 yaşlı arxa xətt oyunçusu 1:1 hesabı ilə başa çatan görüşdə 90 dəqiqə meydanda olub. Çantakias çıxış etdiyi 100 oyunda ümumilikdə 6 qol vurub.
Qeyd edək ki, Dmitrios Çantakias 2020/2021 mövsümündən “Zirə”nin formasını geyinir.
Son xəbərlər
05:52
ABŞ Prezidenti İrana zərbələri bərpa etmək barədə suala cavab verməkdən yayınıb
Digər ölkələr
05:20
Tramp Mayamidə keçiriləcək G20 sammitinə Zelenskini dəvət etmək niyyətindədir
Digər ölkələr
04:55
FTB "Binance" birjasından edilən oğurluğu Şimali Koreyadan olan hakerlərin törətdiyindən şübhələnir
Digər ölkələr
04:23
Yaponiya sahillərində 6,1 maqnitudalı zəlzələ baş verib
Digər ölkələr
03:38
Tramp Avropadakı iğtişaşlarla bağlı diqqətçəkən paylaşım edib
Digər ölkələr
03:12
Türkiyənin Kapital Bazarları Şurasına yeni sədr təyin edilib
Region
02:35
Haaqada gənclərin etiraz aksiyalarında 34 nəfər saxlanılıb
Digər ölkələr
02:23
Foto
Dakarda Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının açılış mərasimi keçirilib
Fərdi
02:08
Tbilisidə IMMAF dünya çempionatı başlayır, Azərbaycan 7 idmançı ilə təmsil olunur
Fərdi