FTB "Binance" birjasından edilən oğurluğu Şimali Koreyadan olan hakerlərin törətdiyindən şübhələnir

Digər ölkələr
  • 01 noyabr, 2026
  • 04:55
FTB Binance birjasından edilən oğurluğu Şimali Koreyadan olan hakerlərin törətdiyindən şübhələnir

ABŞ-nin Federal Təhqiqatlar Bürosu (FTB) Şimali Koreyadan olan hakerlərini "Binance" birjasından 6 milyard dollardan çox məbləğdə kriptovalyuta aktivlərini oğurlamaqda ittiham edib.

"Report" xəbər verir ki, bu barədə FTB-nin mətbuat xidmətinin bəyanatında bildirilib.

Qurumun versiyasına görə, 29 oktyabr 2026-cı ildə törədilmiş kiberhücumda Şimali Koreya ilə əlaqəli "TraderTraitor" haker qruplaşmasının əli var. Bununla belə, bəyanatda Pxenyanın iştirakına dair sübutlar göstərilməyib.

FTB hesab edir ki, cinayətkarlar oğurlanmış aktivləri, əsasən, "Ethereum" kriptovalyutasına çevirmək, bundan sonra isə onların sonrakı yuyulması üçün mərkəzləşdirilməmiş maliyyə və anında mübadilə xidmətlərindən istifadə etmək niyyətində olublar.

Qurum həmçinin oğurlanmış vəsaitlərin yerdəyişməsi üçün istifadə edilə biləcək kriptovalyuta cüzdanlarının ünvanlarını dərc edib və kriptovalyuta platformaları ilə operatorlarını onlarla əlaqədar əməliyyatları bloklamağa çağırıb.

44 filmi