"Keşlə"nin futbolçusu Azərbaycan çempionatında 100-cü oyununu keçirib
Futbol
- 26 oktyabr, 2020
- 06:33
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan Premyer Liqasının VII turu "Keşlə"nin futbolçusu Vüsal İsgəndərli üçün yubileylə əlamətdar olub.
"Report" PFL-in saytına istinadən xəbər verir ki, yarımmüdafiəçi ölkə çempionatında 100-cü oyununu keçirib. Bu yubiley “Neftçi” ilə ev matçına (0:1) təsadüf edib.
Premyer Liqada 2014/15 mövsümündə debüt edən futbolçu 100 oyunda 11 qol vurub. O, indiyədək “Simurq”da 1, “Zirə”də 59 (6 qol), “Keşlə”də 40 (5 qol) görüşə çıxıb.
Qeyd edək ki, Vüsalın debütü 2015-ci il mayın 28-də keçirilən “Xəzər Lənkəran” – “Simurq” görüşündə (0:0) gerçəkləşib.
Son xəbərlər
12:10
"İrəvan Qazılığının tarixi" kitabı təqdim edilib
Mədəniyyət siyasəti
12:08
Qazaxıstan köhnə avtomobillərin idxalını qadağan edəcək
Region
12:02
Xəzərdəki faciə Qazaxıstan Müdafiə Nazirliyinin işində sistemli problemləri üzə çıxarıb
Region
11:46
İsrail ordusu Qəzza zolağında HƏMAS-ın dörd yaraqlısının öldürüldüyünü bildirib
Digər ölkələr
11:43
"Tam Store" barədə inzibati protokol tərtib olunub
Biznes
11:42
Çin lideri: Oman Sultanının səfəri ikitərəfli əlaqələrin inkişafına güclü təkan verəcək
Digər ölkələr
11:41
İrandan Azərbaycana külli miqdarda narkotik vasitəni keçirməyə cəhd göstərən şəxslər saxlanılıb
Daxili siyasət
11:31
Ötən ay 4 898 hektardan çox ərazi minalardan təmizlənib
Daxili siyasət
11:28
Foto
Şura: Dövlət başçısının səsləndirmədiyi ifadələrin rəsmi mövqe kimi təqdimatı kobud dezinformasiya nümunəsidir
Xarici siyasət