Çin lideri: Oman Sultanının səfəri ikitərəfli əlaqələrin inkişafına güclü təkan verəcək
- 02 noyabr, 2026
- 11:42
Yeniliklərdən dərhal xəbərdar olun!
Oman Sultanı Heytəm bin Tariq əl-Səidin Çinə səfəri Çin-Oman münasibətləri tarixində mühüm bir fəsil olacaq və ikitərəfli əlaqələrin inkişafına güclü təkan verəcək.
"Report" "CCTV+" telekanalına istinadən xəbər verir ki, bunu Çin Sədri Si Cinpin Pekində Oman Sultanı ilə görüşündə bildirib.
Məlumata görə, Çin lideri və Oman Sultanının iştirakı ilə əməkdaşlıq haqqında sənədlər imzalanıb.
Si Cinpin qeyd edib ki, Çin Omanla inkişaf strategiyalarının uzlaşdırılmasını dərinləşdirməyə, hər iki ölkəni energetika sahəsində sabit və etibarlı, eləcə də böyük investisiya potensialına malik tərəfdaşlara çevirməyə hazırdır.
Oman Sultanı noyabrın 1-dən 2-dək Çində dövlət səfərindədir. Bu, 48 il əvvəl iki ölkə arasında diplomatik münasibətlərin qurulmasından bəri Oman dövlət başçısının Çinə ilk səfəridir.