Qazaxıstan köhnə avtomobillərin idxalını qadağan edəcək

Region
  • 02 noyabr, 2026
  • 12:08
Qazaxıstan köhnə avtomobillərin idxalını qadağan edəcək

Qazaxıstanın Nəqliyyat Nazirliyi fiziki şəxslər tərəfindən şəxsi istifadə üçün idxal edilən avtomobillərə dair yeni tələblər müəyyən edib.

"Report"un Qazaxıstan bürosu xəbər verir ki, tələblərə əsasən, nəqliyyat vasitələri "Avro-5"dən aşağı olmayan ekoloji standartlara uyğun olmalı və istehsal tarixindən etibarən beş ildən köhnə olmamalıdır.

Daha əvvəl fiziki şəxslər tərəfindən idxal edilən nəqliyyat vasitələrinin istehsal ili və ekoloji standartı tənzimlənmirdi.

Yeni normalar Avrasiya İqtisadi Komissiyası Kollegiyasının 30 iyun 2017-ci il tarixli 74 nömrəli qərarı ilə təsdiq edilmiş siyahıdakı nəqliyyat vasitələrinə şamil olunur. Əmr rəsmi şəkildə dərc olunduğu ilk gündən 60 gün keçdikdən sonra - 2026-cı il dekabrın 30-da qüvvəyə minəcək.

44 filmi