Oman körfəzində yük gəmisi ilə hərbi qüvvələr arasında insident baş verib
- 08 noyabr, 2026
- 04:44
Yeniliklərdən dərhal xəbərdar olun!
Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsi (UKMTO) Oman körfəzində quru yük gəmisi ilə hərbi qüvvələrin iştirakı ilə baş verən insident barədə məlumat alıb.
"Report" UKMTO-ya istinadən xəbər verir ki, hadisə Birləşmiş Ərəb Əmirliklərinin Xor-Fakkan şəhərindən təxminən 18 dəniz mili şərqdə qeydə alınıb.
Qurum gəminin heyətinin vəziyyəti, gəmiyə dəyən zərər və ətraf mühitə mümkün təsirlər barədə məlumata malik olmadığını bildirib. Həmçinin insidentdə hansı ölkənin silahlı qüvvələrinin iştirak etdiyi açıqlanmayıb.
Vurğulanıb ki, hadisə ilə bağlı aidiyyəti qurumlar məlumatlandırılıb və araşdırma davam etdirilir.
Gəmilərə dəniz təhlükəsizliyi ilə bağlı aktual məlumatları nəzərə almaq və əməliyyat şəraitindəki dəyişiklikləri izləmək tövsiyə olunub.