Minskdə Milli Kitabxana Azərbaycanın bayrağının rəngləri ilə işıqlandırılıb

Xarici siyasət
  • 08 noyabr, 2026
  • 02:52
Minskdə Milli Kitabxana Azərbaycanın bayrağının rəngləri ilə işıqlandırılıb

Belarusun paytaxtı Minsk şəhərinin əsas rəmzlərindən biri olan Milli Kitabxananın binası Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.

"Report" xəbər verir ki, Azərbaycanın Belarusdakı səfirliyi və Ticarət Evinin birgə təşəbbüsü ilə keçirilən aksiya 8 Noyabr - Zəfər Günü münasibətilə təşkil olunub.

Minsk Milli Kitabxana göy, qırmızı və yaşıl rənglərlə işıqlandırılıb. Videoproyeksiya şəhər sakinləri tərəfindən maraqla qarşılanıb.