Yaponiyada güclü zəlzələ olub, 20-dən çox şəxs yaralanıb

Digər ölkələr
  • 08 noyabr, 2026
  • 04:21
Yaponiyada güclü zəlzələ olub, 20-dən çox şəxs yaralanıb

Noyabrın 8-nə keçən gecə Yaponiyanın qərbində, Sidzzuoka prefekturası yaxınlığında 5,7 maqnitudalı zəlzələ qeydə alınıb.

"Report" xəbər verir ki, bu barədə "Kyodo" agentliyi məlumat yayıb.

Yeraltı təkanların ocağı 40 kilometr dərinlikdə yerləşib. Zəlzələ nəticəsində sürətli "Şinkansen" qatarları da daxil olmaqla, dəmir yolu nəqliyyatında fasilələr yaranıb.

Yeraltı təkanlarla əlaqədar Yaponiyanın nüvə obyektlərində hər hansı fövqəladə hadisənin baş verməsi barədə məlumat daxil olmayıb.

Zəlzələ nəticəsində 20-dən çox insan xəsarət alıb. Agentliyin məlumatına görə, zərərçəkənlərin əksəriyyəti yıxılma nəticəsində əzilmə və sıyrıq xəsarətləri alıb. Onların həyatına təhlükə yoxdur.