Makron: Avropa Rusiya ilə dialoqda təşəbbüsü yenidən öz üzərinə götürməlidir

Digər ölkələr
  • 12 noyabr, 2026
  • 16:04
Makron: Avropa Rusiya ilə dialoqda təşəbbüsü yenidən öz üzərinə götürməlidir

Avropa ölkələri Ukrayna nizamlanması və gələcək təhlükəsizlik arxitekturası üzrə Rusiya ilə danışıqlarda təşəbbüsü yenidən öz üzərlərinə götürməlidirlər.

"Report"un Dublinə ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron Avropa Siyasi Birliyinin sammiti başlamazdan əvvəl jurnalistlərə bildirib.

O vurğulayıb ki, Avropa ölkələri Ukraynanın gələcəyi və öz təhlükəsizliklərinə dair vahid mövqe işləyib hazırlamalıdırlar, çünki gələcək danışıqların formatını məhz bu mövqeyin məzmunu müəyyən etməlidir.

Xəbər yenilənir