Tbilisidəki Azərbaycan Mədəniyyəti Muzeyinin direktoruna "Əməkdar Tbilisili" fəxri adı verilib
- 12 noyabr, 2026
- 16:13
Yeniliklərdən dərhal xəbərdar olun!
Tbilisidə fəaliyyət göstərən M.F Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyinin direktoru Leyla Əliyevaya "Əməkdar Tbilisili" fəxri adı verilib.
"Report"un Gürcüstan bürosu xəbər verir ki, bu barədə Tbilisi meriyası və Gürcüstan Yazıçılar Yaradıcılıq Birliyinin məlumatında bildirilib.
Məlumata görə, Leyla Əliyeva Gürcüstanda və Azərbaycanda gürcü və Azərbaycan mədəniyyətinin inkişafına, mədəniyyətlərarası əlaqələrin dərinləşdirilməsinə və muzey işinə verdiyi töhfələrə görə bu ada layiq görülüb.
Qeyd edək ki, Leyla Əliyeva 2019-cu ildə Azərbaycan Prezidenti tərəfindən "Əməkdar mədəniyyət işçisi" fəxri adına layiq görülüb. O, həmçinin Gürcüstanda və Azərbaycanda müxtəlif dövlət və ictimai qurumların mükafatları ilə təltif edilib.
Onun təltifləri arasında Gürcüstan Yazıçılar Birliyinin "Mədəniyyət elçisi" fəxri adı, Gürcüstanın Xalq Müdafiəçisi Aparatının "Tolerantlığın müdafiəçisi" mükafatı və 2026-cı ildə təqdim edilmiş Davit Ağmaşenebeli ordeninin medalı da var.