Apple yenidən dünyanın ən bahalı şirkəti olub

Biznes
  • 31 oktyabr, 2026
  • 07:42
Apple yenidən dünyanın ən bahalı şirkəti olub

"Apple" şirkəti texnologiya nəhəngi "Nvidia"nı geridə qoyaraq dünyanın ən bahalı şirkəti titulunu yenidən qazanıb.

"Report" xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.

Oktyabrın 30-da "Apple"ın bazar kapitallaşması 5,03 trilyon dollara çatıb. Çip istehsalçısı "Nvidia"nın bazar dəyəri isə 4,93 trilyon dollar təşkil edib.

Qeyd olunur ki, "Apple" sonuncu dəfə iyulun sonunda "Nvidia"nı geridə qoyaraq dünyanın ən bahalı şirkəti olmuşdu.

"Apple"ın yenidən liderliyə yüksəlməsi investorların süni intellekt sahəsinə yatırılan investisiyalarla bağlı narahatlıqları ilə əlaqələndirilir. Agentliyin yazdığına görə, investorlar "iPhone" istehsalçısının səhmlərini daha etibarlı investisiya hesab edirlər.

44 filmi