Rubio Səudiyyə Ərəbistanının XİN rəhbəri ilə İrandakı vəziyyəti müzakirə edib
- 31 oktyabr, 2026
- 07:15
Yeniliklərdən dərhal xəbərdar olun!
ABŞ dövlət katibi Marko Rubio Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan Al Səudla görüş keçirib.
"Report" xəbər verir ki, bu barədə Rubio sosial şəbəkə hesabında məlumat verib.
Atlantada keçirilən görüşdə tərəflər İran, Sudan və Yəməndəki vəziyyəti müzakirə ediblər.
Rubio bildirib ki, görüş çərçivəsində ABŞ-nin Ər-Riyadda keçiriləcək "Expo 2030" sərgisində iştirakına dair müqavilə də imzalanıb.
Onun sözlərinə görə, sərgi ABŞ innovasiyalarının nümayişi və ölkənin biznes əlaqələrinin genişləndirilməsi baxımından mühüm platforma olacaq.
Qeyd edək ki, bundan əvvəl ABŞ Dövlət Departamenti təhlükəsizlik təhdidləri ilə əlaqədar Səudiyyə Ərəbistanındakı səfirliyinin bəzi əməkdaşlarını və onların ailə üzvlərini ölkədən çıxarmaq barədə qərar qəbul edib.