Rumıniya Azərbaycan, Türkiyə və Ermənistanla Qara dəniz regionunda təhlükəsizlik danışıqlarını planlaşdırır

Xarici siyasət
  • 16 noyabr, 2026
  • 12:57
Rumıniya Azərbaycan, Türkiyə və Ermənistanla Qara dəniz regionunda təhlükəsizlik danışıqlarını planlaşdırır

Rumıniya Azərbaycan, Ermənistan və Türkiyə ilə Qara dəniz regionunda təhlükəsizliyin təmin olunması və nəqliyyat bağlantılarının inkişafı məsələləri ilə bağlı danışıqlar aparmağı planlaşdırır.

"Report"un Avropa bürosu xəbər verir ki, bunu Rumıniyanın yeni xarici işlər naziri Dan Nekulesku Brüsseldə Aİ Xarici İşlər Şurasının iclasından əvvəl bildirib.

O dəqiqləşdirib ki, Şuranın iclası başa çatdıqdan sonra nazirlər səviyyəsində Qara dəniz regionu mövzusunda ayrıca görüş planlaşdırılıb. Tədbirdə Avropa İttifaqının tərəfdaşları iştirak edəcəklər.

"Təkcə bağlantıları deyil, təhlükəsizliyi də müzakirə etmək vacibdir. Bu, böyük əhəmiyyətə malikdir və tərəfdaşlarımızın fikirləri də çox önəmlidir", - nazir bildirib.

O vurğulayıb ki, Buxarest bu məsələlərin regional tərəfdaşlarla müzakirəsinə xüsusi önəm verir.

44 filmi