Roma Papasının Azərbaycana səfərinə həsr edilən poçt markası buraxılıb - FOTO

Xarici siyasət
  • 27 noyabr, 2017
  • 09:28
Roma Papasının Azərbaycana səfərinə həsr edilən poçt markası buraxılıb - FOTO

Bakı. 27 noyabr. REPORT.AZ/ Vatikan Roma Papası Fransiskanın ötən il Azərbaycana səfər etməsinə həsr olunan poçt markası buraxıb.

“Report” xəbər verir ki, bu barədə Vatikanın rəsmi saytında məlumat yayılıb.

İnformasiyaya əsasən, Papanın 2016-cı ildə Azərbaycanla yanaşı Meksika, Polşa, İsveç, Yunanıstan, Gürcüstan və Ermənistana səfərinə həsr edilən poçt markaları da çap edilib.

Qeyd edək ki, Roma Papası Fransisko 2016-cı il oktyabrın 2-də Azərbaycanda səfərdə olub.