Adil Kərimli Masallıda vətəndaşları qəbul edəcək

Mədəniyyət siyasəti
  • 02 noyabr, 2026
  • 10:33
Adil Kərimli Masallıda vətəndaşları qəbul edəcək

Mədəniyyət naziri Adil Kərimli Masallıda vətəndaşları qəbul edəcək.

Bu barədə "Report"a Mədəniyyət Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, qəbul noyabrın 27-də saat 10:00-da Masallı rayon Heydər Əliyev Mərkəzində olacaq. Qəbulda Masallı, Astara, Lerik, Yardımlı, Cəlilabad rayonları və Lənkəran şəhərindən olan vətəndaşlar iştirak edə bilər.