Şeyxülislam: Qazılıqların fəaliyyətini məcburi dayandırması deportasiyaların acı nəticəsi idi

Mədəniyyət siyasəti
  • 02 noyabr, 2026
  • 10:33
Şeyxülislam: Qazılıqların fəaliyyətini məcburi dayandırması deportasiyaların acı nəticəsi idi

Azərbaycanlıların Qərbi Azərbaycandakı dədə-baba torpaqlarından məqsədyönlü didərgin salınması – etnik təmizləmə və deportasiyaların acı nəticələrindən biri də Qazılıqların fəaliyyətini məcburi dayandırması olub.

"Report" xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə "İrəvan qazılığının tarixi" kitabının təqdimatında deyib.

O qeyd edib ki, Prezident İlham Əliyevin müdrik uzaqgörənliklə verdiyi tarixi əhəmiyyətli qərarlar sırasında Qərbi Azərbaycan İcmasının yaradılması xüsusi əhəmiyyət kəsb edir:

"Bu qərar onun siyasi əzəmətinin, Azərbaycanın artan qüdrətinin daha bir təcəssümü oldu. Belə bir şəraitdə Qafqaz Müsəlmanları İdarəsinin tarixi İrəvan Qazılığının öz fəaliyyətini bərpa etməsi tarixi zərurət, zamanın tələbi oldu. Qərbi Azərbaycanda milli varlığımızın mənəvi sütununu yenidən dirçəltmək məramı ilə Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası Qərbi Azərbaycanda İrəvan Qazılığını bərpa etdi. Bölgənin tarixi-İslam dini mərkəzi olan Qafqaz Müsəlmanları İdarəsi əsrlərə söykənən ənənəvi mənəvi irsin varisi olaraq, tarixi köklərinə istinadən dini-mənəvi mərkəz missiyasını həyata keçirməkdədir".

Şeyxülislam deyib ki, QMİ Qərbi Azərbaycanla bağlı təbliğat işini öz fəaliyyətinin prioritet və zəruri tərkib hissəsi kimi daim diqqətdə saxlayır:

"Dövlətimiz və xalqımızın mənafelərinə müvafiq olaraq Ermənistandan deportasiya olunmuş soydaşlarımızın yurd yerlərinə qayıdışı siyasətinə dəstək nümayiş etdiririk. Bu niyyətlə Qafqaz Müsəlmanları İdarəsi Qərbi Azərbaycan İcması ilə əməkdaşlıqda "İrəvan qazılığının tarixi" adlı sənədli materiallardan ibarət olan Azərbaycan və ingilis dillərində kitab nəşr etdirib. Bu qiymətli kitabı böyük qürur və fəxrlə sizlərə təqdim edirik".

A.Paşazadənin sözlərinə görə, kitaba daxil olan materialların əsas mənbə bazası QMİ-nin arxivində mövcud olan sənədlərdir:

"Bizim arxiv sənədlərimizlə bərabər, Azərbaycan, Gürcüstan (Tiflis), Türkiyə Cümhuriyyəti (İstanbul) və Rusiya (Sankt-Peterburq) dövlət arxivlərindən əldə olunan mənbələr və tarixi materiallar əsasında hazırlanan bu kitab elmi və ictimai-siyasi baxımdan xüsusi dəyərə malikdir".

44 filmi