Muxtar Babayev Yaponiyanın ətraf mühit naziri ilə əməkdaşlığı müzakirə edib

Xarici siyasət
  • 20 noyabr, 2026
  • 16:17
Muxtar Babayev Yaponiyanın ətraf mühit naziri ilə əməkdaşlığı müzakirə edib

Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev COP31 çərçivəsində Antalyada Yaponiyanın ətraf mühit naziri Hiroyoşi Sasakava ilə görüşüb.

"Report" xəbər verir ki, o, bu barədə "X" sosial şəbəkə hesabında məlumat paylaşıb.

Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi Yaponiyaya Bakıda keçirilən COP29-da konstruktiv iştirakına görə təşəkkür edib:

"Xüsusilə iqlim maliyyələşməsi və Paris Sazişinin 6-cı maddəsi üzrə əldə olunmuş razılaşmaların həyata keçirilməsi istiqamətində birgə fəaliyyətin vacibliyini vurğuladım. COP31-in uğurla başa çatdırılması üçün əməkdaşlığın davam etdirilməsinin əhəmiyyətini qeyd etdim".