Azərbaycanda 10 ayda istehsal edilən karbamidin həcmi açıqlanıb

Energetika
  • 20 noyabr, 2026
  • 15:57
Azərbaycanda 10 ayda istehsal edilən karbamidin həcmi açıqlanıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 477,5 min ton həcmində karbamid istehsal olunub.

"Report"un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu, 2025-ci ilin ilk 10 ayı ilə müqayisədə 10,5 % azdır.

Noyabrın 1-nə 74,2 min ton hazır məhsul qalığı yaranıb.

Xatırladaq ki, karbamid (azot gübrəsi) Sumqayıt Kimya Sənaye Parkının ərazisindəki "SOCAR Karbamid" zavodunda istehsal edilir. Zavod 2019-cu il yanvarın 16-da istifadəyə verilib, il ərzində 435 milyon kubmetr təbii qazdan xammal kimi istifadə etməklə 650-660 min ton karbamid istehsal etmək gücündədir. İstehsal həcminin 70 %-i ixrac üçün nəzərdə tutulub.

44 filmi