Moratinos: Mədəniyyətlərarası dialoq olmadan davamlı sülh mümkün deyil

Xarici siyasət
  • 27 oktyabr, 2026
  • 11:09
Moratinos: Mədəniyyətlərarası dialoq olmadan davamlı sülh mümkün deyil

Dövlətlər arasında davamlı sülh dialoq olmadan mümkün deyil.

"Report" xəbər verir ki, bunu BMT-nin Sivilizasiyalar Alyansının nümayəndəsi Migel Anxel Moratinos Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində çıxış edərkən deyib.

"Dialoq özlüyündə müharibələrə son qoymaq iqtidarında deyil və diplomatiyanı, beynəlxalq hüququ və ya məsuliyyətli siyasi rəhbərliyi əvəz edə bilməz. Lakin dialoq olmadan davamlı sülh mümkün deyil", - M.Moratinos qeyd edib.

Onun sözlərinə görə, sülh müqavilələri zorakılığı dayandıra bilər, lakin cəmiyyətlər yenə də dərin inciklikləri dəf etməli və yanaşı yaşamağı öyrənməlidirlər.

"İnstitutlar qarşılıqlı fəaliyyət mexanizmləri hazırlaya bilərlər, lakin onlar yalnız qarşılıqlı etimada əsaslandıqda davamlı olacaqlar. Mədəniyyətlərarası və dinlərarası dialoqun xüsusi töhfəsi məhz bundan ibarətdir. Məhz buna görə də Bakı prosesi kimi platformalar bu qədər zəruri olaraq qalır", - o bildirib.

M.Moratinos qeyd edib ki, 2008-ci ildən bəri Bakı prosesi başqa şəraitdə bəlkə də heç vaxt bir zalda görüşməyəcək müxtəlif maraqlı tərəfləri - hökumətləri, dini liderləri, vətəndaş cəmiyyəti nümayəndələrini, gəncləri və beynəlxalq institutları birləşdirmək üçün bir platforma rolunu oynayır.

"Onun əsl dəyəri yalnız burada səslənən çıxışlarda deyil, həm də onlardan sonra gələn əməli addımlarda, möhkəm tərəfdaşlıqlarda və əməkdaşlığın bərpasındadır. Bütün əraziləri üzərində nəzarəti bərpa etdikdən sonra Azərbaycan əməkdaşlıq əlini uzatdı və bütün regionda mədəni qarşılıqlı əlaqələrin tərəfdarı kimi çıxış etdi", - o yekunlaşdırıb.

44 filmi