Dmitro Şlapaçenko: Bir çox ölkələr Azərbaycandan "ASAN xidmət" modelini öyrənərək tətbiq edirlər
- 27 oktyabr, 2026
- 12:55
Yeniliklərdən dərhal xəbərdar olun!
Bir çox ölkələr Azərbaycandan "ASAN xidmət" modelini öyrənərək tətbiq edirlər.
"Report" xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı Rezident Koordinatoru Dmitro Şlapaçenko Bakıda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində baş tutan "Mədəniyyətlərarası rəqəmsal gələcək: Rəqəmsal və süni intellekt dövrünə qədəm qoyan cəmiyyətlər üçün mədəniyyətlərarası rəqəmsal bacarıq" adlı panel sessiyada deyib.
Onun sözlərinə görə, bu forum ortaq məsuliyyətləri özündə birləşdirir:
"Biz elə xidmətlər təklif etməliyik ki, insanlar bundan istifadə edə bilsinlər. Məsələn, Azərbaycandakı "ASAN xidmət" modeli çox əlçatan və faydalıdır. Hətta səyyar "ASAN xidmət" layihəsi də olduqca uğurludur. Təsadüfi deyil ki, bir çox ölkələr bu modeli Azərbaycandan öyrənərək tətbiq edirlər".