Enn Kalembe: Turizm Uqandanın inkişafının əsas istiqamətlərindən biridir

Xarici siyasət
  • 27 oktyabr, 2026
  • 16:18
Enn Kalembe: Turizm Uqandanın inkişafının əsas istiqamətlərindən biridir

Uqandanın turizm sektoru təxminən 1 milyon iş yerini təmin edir və hökumət tərəfindən ölkənin iqtisadi inkişafının əsas istiqamətlərindən biri kimi qiymətləndirilir.

"Report" xəbər verir ki, bunu uqandalı sahibkar Enn Kalembe Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində bildirib.

Onun sözlərinə görə, Uqandanın inkişaf strategiyası 2040-cı ilə qədər iqtisadiyyatın 10 dəfə artmasını nəzərdə tutur. Beş prioritet istiqamətə: kənd təsərrüfatı, turizm, mineral resurslar, elm və texnologiyalara xüsusi diqqət yetirilməsi planlaşdırılır.

E.Kalembe vurğulayıb ki, turizm sahəsində təxminən 1 milyon iş yerinin yaradılması əhalisi 40 milyondan çox olan Uqanda üçün böyük əhəmiyyət kəsb edir.

O, həmçinin turizm və mehmanxana biznesi sahəsində qadınlar üçün imkanların genişləndirilməsinin vacibliyini qeyd edib.