"Çelsi"nin hücumçusu Joao Pedro bir neçə həftə yaşıl meydanlardan kənarda qalacaq

Futbol
  • 27 oktyabr, 2026
  • 22:44
Çelsinin hücumçusu Joao Pedro bir neçə həftə yaşıl meydanlardan kənarda qalacaq

İngiltərənin "Çelsi" klubunun hücumçusu Joao Pedro bud nahiyəsindən aldığı zədə səbəbindən bir neçə həftə yaşıl meydanlardan kənarda qalacaq.

"Report" "football.london" saytına istinadən xəbər verir ki, bu barədə "zadəganlar"ın baş məşqçisi Xabi Alonso məlumat verib.

25 yaşlı futbolçu oktyabrın 23-də məşq zamanı zədələnib. Bu səbəbdən o, İngiltərə Premyer Liqasının VIII turunda "Tottenhem"ə qarşı keçirilən və 0:2 hesabı ilə başa çatan matçda iştirak etməyib.

Qeyd edək ki, "Çelsi" oktyabrın 28-də İngiltərə Liqa Kubokunda səfərdə "Liverpul"la, oktyabrın 31-də isə Premyer Liqada öz meydanında "Mançester Yunayted"lə qarşılaşacaq.

44 filmi