Elçin Əmirbəyov və Kestutis Budris ikitərəfli əməkdaşlığı müzakirə ediblər
- 06 noyabr, 2026
- 14:57
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov və Litvanın xarici işlər naziri Kestutis Budris Vilnüsdəki görüş zamanı ikitərəfli əməkdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər.
"Report" xəbər verir ki, Litvanın dövlət rəsmisi bu barədə "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.
"Litva və Azərbaycan energetika, ticarət, insanlar arasında əlaqələr, eləcə də Cənubi Qafqaz regionunda sülh və rifahın təmin edilməsi daxil olmaqla, qarşılıqlı maraq doğuran istiqamətlər üzrə inamla irəliləyirlər", - nazir yazıb.
🇱🇹🇦🇿 Productive talks with 🇦🇿 presidential adviser Elchin Amirbayov in Vilnius. Lithuania and Azerbaijan are making steadfast progress across arreas of mutual interests, including energy, trade, people-to-people contacts, and ensuring peace and prosperity in the South Caucasus region.
— Kęstutis Budrys (@BudrysKestutis) November 6, 2026