Azərbaycan Surinamla ticarət əlaqələrinin genişləndirilməsini müzakirə edib

Biznes
  • 06 noyabr, 2026
  • 14:57
Azərbaycan Surinamla ticarət əlaqələrinin genişləndirilməsini müzakirə edib

Azərbaycan və Surinam ticarət və investisiya əlaqələrinin genişləndirilməsini, energetika, dağ-mədən sənayesi və kənd təsərrüfatı sahələrində əməkdaşlıq imkanlarını müzakirə edib.

"Report" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

Bununla bağlı müzakirələr azərbaycanlı nazir ilə Surinamın iqtisadi məsələlər, sahibkarlıq və texnoloji innovasiya naziri Endryu Baasaron arasında görüşdə aparılıb.

"Sahibkarlığın dəstəklənməsi, texnoloji innovasiyalar və rəqəmsal dövlət xidmətləri üzrə təcrübə mübadiləsi, işgüzar dairələr arasında tərəfdaşlığın təşviqi barədə fikir mübadiləsi apardıq", - M.Cabbarov qeyd edib.