Brnabiç Serbiyanın yeni hakimiyyətini Azərbaycanla strateji tərəfdaşlığı qorumağa çağırıb

Xarici siyasət
  • 12 noyabr, 2026
  • 20:01
Brnabiç Serbiyanın yeni hakimiyyətini Azərbaycanla strateji tərəfdaşlığı qorumağa çağırıb

Serbiyanın prezident səlahiyyətlərini icra edən, parlamentin sədri Ana Brnabiç ölkənin yeni hakimiyyətinin Azərbaycanla strateji əməkdaşlığı, o cümlədən Niş şəhərində qaz elektrik stansiyasının tikintisi layihəsini davam etdirəcəyinə ümidvar olduğunu bildirib.

"Report"un Avropa bürosu xəbər verir ki, bu barədə o, Dublində keçirilən Avropa Siyasi Birliyinin sammiti çərçivəsində jurnalistlərə Serbiyada hakimiyyət dəyişikliyinin ikitərəfli enerji əməkdaşlığına mümkün təsiri haqqında suala cavab verərkən bildirib.

"Ümid edirəm ki, bu qarşılıqlı fəaliyyət dəyişikliyə məruz qalmayacaq. Biz Azərbaycanla hər iki ölkəmizin rifahı naminə strateji əməkdaşlıq qurmuşuq. Bu, Serbiya üçün faydalıdır və biz Azərbaycandan çox şey əldə etmişik", - Brnabiç deyib.

Onun sözlərinə görə, Belqrad bir sıra son dərəcə mühüm birgə layihələr, o cümlədən Niş şəhərində qaz elektrik stansiyasının tikintisini planlaşdırıb.

"Ümid edirəm ki, Serbiyanın, vətəndaşlarımızın və iqtisadiyyatımızın rəqabət qabiliyyətinin maraqları naminə bütün bu layihələr davam etdiriləcək", - Brnabiç vurğulayıb.

O qeyd edib ki, tərəfdaşlığın gələcəyi seçkilərdə qələbə qazanmış "Tələbə siyahısı"nın siyasi qərarları ilə müəyyənləşəcək.

44 filmi