Qara dəniz sualtı kabel layihəsi üzrə memorandum imzalanıb
- 12 noyabr, 2026
- 20:04
Yeniliklərdən dərhal xəbərdar olun!
Yaşıl Enerji Dəhlizi Şirkəti (GECO) və "Jan De Nul" şirkəti arasında Qara dəniz sualtı kabel layihəsi üzrə memorandum imzalanıb.
"Report" bu barədə GECO-ya istinadən xəbər verir.
Məlumata görə, bu gün GECO-nun Baş direktoru Yusif Qayıbov dənizdə energetika infrastrukturu və sualtı kabel quraşdırılması sahəsində dünya lideri olan "Jan De Nul Group"un baş ofisində olub.
Səfər çərçivəsində GECO və "Jan De Nul"un sahibi cənab Jan Piter De Nul Anlaşma Memorandumu imzalayıblar.
Memorandum Xəzər regionu və Gürcüstandan bərpa olunan elektrik enerjisini Qara dəniz vasitəsilə Avropaya daşıyacaq Yaşıl Enerji Dəhlizi (YED) Layihəsinin sualtı hissəsi üzrə əməkdaşlıq çərçivəsini müəyyən edir.
"Jan De Nul"un uzun məsafəli sualtı kabellər sahəsində təcrübəsi layihəni irəliyə apardığımız bir zamanda onları dəyərli tərəfdaşa çevrir.