Gürcüstan azərbaycanlıları arasında təbii artım iki dəfə yüksəlib
Sosial müdafiə
- 14 sentyabr, 2018
- 17:18
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Tbilisi. 14 sentyabr. REPORT.AZ/ Gürcüstanda azərbaycanlıların yığcam yaşadığı Kvemo Kartli bölgəsində bu ilin ilk yarısında təbii artım 674 nəfər təşkil edib.
“Report”un yerli bürosunun verdiyi xəbərə görə, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin ilkin hesabatında bildirilir.
Hesabata əsasən, yanvar-iyun aylarında bölgədə yeni doğulanların sayı 2 min 896, ölənlərin sayı isə 2 min 222 nəfər təşkil edib.
2017-ci ilin eyni dövrü ilə müqayisədə Kvemo Kartli bölgəsinin əhalisi arasında təbii artım iki dəfə yüksəlib. Ötən ilin ilk yarım ili üzrə təbii artım göstəricisi 336 nəfər olub.
Hesabat dövründə Kvemo Kartli bölgəsində nikah və boşanmaların sayı isə müvafiq olaraq 1 220 və 506 təşkil edib.
Son xəbərlər
04:07
Foto
Türkiyənin sabiq naziri Fatma Betül Sayan Kaya həbs edilib
Region
03:44
Heqset: Konqresdə mənim istefama nail ola bilməyəcəklər
Digər ölkələr
03:03
Kuşner: ABŞ və müttəfiqləri Avropaya dair məzmunlu məsləhətləşmələr aparıb
Digər ölkələr
02:49
Zonqulkdakda avtomobil dərəyə aşıb, ölən və yaralananlar var
Region
02:29
Tramp: Ukrayna ilə bağlı saziş bütün Avropaya təsir edə bilər
Digər ölkələr
02:19
İran "Starlink"ə qarşı yerli peyk interneti yaratmaq istəyir
Region
01:59
UEFA Avropa Liqası: "Milan" öz meydanında uduzub, "Yuventus" səfərdə qələbə qazanıb
Futbol
01:57
UEFA Konfrans Liqası: "Trabzonspor" öz meydanında məğlub olub
Futbol
01:51
Rusiya XİN: Ermənistan KTMT-də səsvermə hüququndan məhrum edilə bilər
Region