İran "Starlink"ə qarşı yerli peyk interneti yaratmaq istəyir
- 06 noyabr, 2026
- 02:19
Yeniliklərdən dərhal xəbərdar olun!
İranda yerli peyk internetinin işə salınması layihəsinə başlanılıb və tezliklə bu texnologiya əldə ediləcək.
"Report" ISNA-ya istinadən xəbər verir ki, bu barədə İran Milli Virtual Məkan Mərkəzinin (MVMM) rəhbəri Seyid Məhəmməd Əmin Ağamiri bildirib.
Onun sözlərinə görə, böhran və ya gərginlik dövrlərində ABŞ ilə İsrailin İranda ictimai rəyə təsir etmək cəhdlərinin qarşısını almaq üçün internetə çıxışın məhdudlaşdırılması mütləq şəkildə həyata keçiriləcək. Əhalinin psixoloji təhlükəsizliyini qorumaq üçün bu addımın vacib olduğu vurğulanıb: "Tam kəsilmə deyil, sadəcə məhdudlaşdırma nəzərdə tutulur".
O, xarici internetdən asılılığı azaltmaq üçün illərdir üzərində işlənilən daxili "Milli İnformasiya Şəbəkəsi"nin hələ ki, hədəflənən səviyyəyə çatmadığını və bəzi sahələrdə geridə qaldıqlarını etiraf edib. Bununla belə, daxili bankçılıq, taksi və mesajlaşma xidmətlərinin xarici internet kəsilsə belə, işlədiyini xatırladıb. Ağamiri İranda icazəsiz istifadə edilən "Starlink"i düşmənin müharibə aləti adlandırıb.