Kuşner: ABŞ və müttəfiqləri Avropaya dair məzmunlu məsləhətləşmələr aparıb

Digər ölkələr
  • 06 noyabr, 2026
  • 03:03
Kuşner: ABŞ və müttəfiqləri Avropaya dair məzmunlu məsləhətləşmələr aparıb

Vaşinqton administrasiyası cümə axşamı Brüsseldə NATO müttəfiqləri və Ukrayna ilə "Avropanın təhlükəsizlik arxitekturası"na aid məsələlər üzrə məzmunlu məsləhətləşmələr aparıb.

"Report" xəbər verir ki, bu barədə Amerika liderinin kürəkəni Cared Kuşner "X" sosial şəbəkəsində bildirib.

"Bu gün (5 noyabr - red.) Brüsseldə ABŞ Ukrayna, NATO və avropalı tərəfdaşlarımızla davamlı sülhün iki əsas və bir-biri ilə əlaqəli tərkib hissəsi: Ukrayna üçün təhlükəsizlik zəmanətləri və Avropanın daha geniş təhlükəsizlik arxitekturası üzrə səmərəli və məzmunlu məsləhətləşmələr apardıq. Biz bu müharibəni dayandırmağa və davamlı sülh üçün şərait yaratmağa imkan verəcək praktiki həll yolları tapmaq üçün bütün tərəflərlə fəal işləyirik", - o yazıb.

Kuşner çərşənbə günü bildirib ki, Vaşinqton administrasiyası Avropada elə bir təhlükəsizlik arxitekturası yaratmağı hədəfləyir ki, bu da Ukrayna münaqişəsinin həllindən sonra yeni böhranın başlamayacağına zəmanət versin.

Daha əvvəl ABŞ Prezidenti Donald Tramp Ukrayna üzrə bütün Avropanı əhatə edəcək irimiqyaslı razılaşmanın anonsunu verib.

44 filmi