Türkiyədə korrupsiyaya görə 2-si bələdiyyə sədri olmaqla 16 nəfər həbs edilib
Region
- 06 oktyabr, 2026
- 09:48
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Türkiyənin Mersin Böyükşəhər Bələdiyyəsi, o cümlədən Yenişehir və Mezitli bələdiyyələrinə qarşı aparılan korrupsiya istintaqı çərçivəsində saxlanılan 60 nəfərdən 16-sı həbs edilib.
"Report" xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.
Bildirilib ki, həbs olunanlar arasında Yenişehir bələdiyyə sədri Abdullah Özyiğit və Mezitli bələdiyyə sədri Ahmet Serkan Tuncer də var.
Qeyd edək ki, Mersin Respublika Baş Prokurorluğu tərəfindən Mersin Böyükşəhər Bələdiyyəsinə qarşı aparılan korrupsiya istintaqı çərçivəsində əvvəlcə 59 nəfər saxlanılmışdı. İstintaq çərçivəsində daha bir nəfərin saxlanma qərarı çıxarılaraq şübhəli sayı 60 olmuşdu.
Son xəbərlər
12:53
Qırğızıstan və Qazaxıstan ticarət dövriyyəsini 2030-cu ilədək 3 milyard dollara çatdırmaq niyyətindədir
Region
12:52
Kobaxidze: Azərbaycanla əməkdaşlığımızı müxtəlif sahələrdə genişləndirmək üçün ciddi planlarımız var
Xarici siyasət
12:51
NBA-da Lebron Ceymsin rekordu qırılıb
Fərdi
12:50
Foto
Azərbaycanda sənaye statistikası üzrə hesabatlılıq müzakirə edilib
İnfrastruktur
12:49
Foto
Siqnaxidə Azərbaycan və Gürcüstan arasında ikitərəfli sənədlər imzalanıb
Xarici siyasət
12:45
Azərbaycanda noyabrda yağıntının miqdarı iqlim normasından çox olacaq - Proqnoz
Ekologiya
12:45
"Pulsuz hüquqi yardım haqqında" yeni qanun layihəsi parlamentdə birinci oxunuşdan keçib
Milli Məclis
12:41
Video
№1 Çörək Zavodu əməkdar jurnalistin şikayətini nəzarətə götürüb
Sosial müdafiə
12:33
Foto
Milli İncəsənət Muzeyində Aydan Salahovanın "Qız Qalası" fərdi layihəsinin təqdimatı olub
İncəsənət