MSK: Qırğızıstanda prezidentliyə namizədlərin sayı yeddiyə çatıb
- 11 noyabr, 2026
- 10:27
Yeniliklərdən dərhal xəbərdar olun!
Qırğızıstanın hazırkı prezidenti Sadır Japarov dövlət başçısı seçkilərində iştirak etmək üçün lazım olan 48 min imzanı bir sutkadan az müddətdə toplayıb.
"Report" Qırğızıstan mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatında deyilir.
Japarov hazırda lazımi sayda imza toplayan yeganə namizəddir.
MSK-dan bildiriblər ki, hazırkı prezident dövlət başçısı postuna namizədliyinin irəli sürülməsi haqqında ərizəni dünən təqdim edib. Bu günə qədər Mərkəzi Seçki Komissiyasına 6 ərizə daxil olub: Sıyımık Japıkeyev 18,9 mindən çox, Aymen Kasenov təxminən 15,9 min, İshaq Masaliyev 11 min, Azamat Esenbekov 8,6 min, Akay Kıdırov isə 5,1 min imza toplayıb.
Bundan başqa, Joqorku Keneşin sabiq deputatı Baktıbek Kalmamatov seçkilərdə iştirak etmək üçün sənədlərini MSK-ya təqdim edib.
Namizədlərin irəli sürülməsi üçün son tarix noyabrın 13-dür. Hazırda dövlət başçısı postuna 7 nəfər iddia edir.