Gürcüstanın Azərbaycandan pendir və kəsmik idxalına çəkdiyi xərc 55 % artıb
- 11 noyabr, 2026
- 10:32
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-sentyabr aylarında Gürcüstan Azərbaycandan 468 min ABŞ dolları dəyərində 83,7 ton pendir və kəsmik idxal edib.
"Report"un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 55 %, kəmiyyət olaraq 33 % çoxdur.
Bu ilin ilk 9 ayında Gürcüstan xarici ölkələrdən 33,4 milyon ABŞ dolları dəyərində 6 min 220 ton pendir və kəsmik alıb ki, bu da bir il əvvəlki göstəricilərdən müvafiq olaraq 13,6 % və 17,2 % çoxdur.
Hesabat dövründə Gürcüstana Almaniyadan 5,41 milyon ABŞ dolları dəyərində 972 ton, Türkiyədən 4,97 milyon ABŞ dolları dəyərində 1 min 179 ton, Rusiyadan 4,1 milyon ABŞ dolları dəyərində 909 ton, Polşadan 3,93 milyon ABŞ dolları dəyərində 758 ton, İtaliyadan 2,77 milyon ABŞ dolları dəyərində 261 ton məhsul gətirilib.
Xatırladaq ki, 2025-ci ildə Gürcüstan xaricdən 41,9 milyon ABŞ dolları dəyərində 7 min 495 ton alıb ki, bunun da 474 min ABŞ dolları dəyərində 99,1 tonu Azərbaycanın payına düşüb.