Gürcüstanda yol qəzasında ağır xəsarət alan nazir müavini Türkiyəyə aparılıb
Region
- 21 noyabr, 2018
- 12:24
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Tbilisi. 21 noyabr. REPORT.AZ/ Gürcüstanda yol qəzasında ağır xəsarət alan təhsil, elm, mədəniyyət və idman nazirinin müavini Mixeil Giorqadze Türkiyəyə aparılıb.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, nazir müavininin müalicəsi Türkiyədəki klinikalardan birində davam etdiriləcək.
M.Giorqadzenin vəziyyətinin sabit ağır olduğu bildirilir.
Qeyd edək ki, M.Giorqadze noyabrın 17-də Kaxeti bölgəsində yol qəzasına düşüb. Onun idarə etdiyi avtomobil yoldan çıxaraq ağaca çırpılıb. Nazir müavini qabırğalarının sınıqları, ağciyərdə ikiqat zədələnmə və ağır kəllə-beyin travması ilə öncə Telavi Xəstəxanasına yerləşdirilib. Daha sonra onun müalicəsi İnqorovka adına Klinikada aparılıb.
Son xəbərlər
05:45
Egey dənizində zəlzələ olub
Region
05:26
"Reuters": Ukrayna və ABŞ-nin "Starshield"dən istifadə ilə bağlı müqaviləsinin müddəti 2027-ci ildə başa çatır
Digər ölkələr
04:57
Rubio: Vens prezident seçkilərində iştirak etsə, onu dəstəkləyəcəyəm
Digər ölkələr
04:07
Foto
Türkiyənin sabiq naziri Fatma Betül Sayan Kaya həbs edilib
Region
03:44
Heqset: Konqresdə mənim istefama nail ola bilməyəcəklər
Digər ölkələr
03:03
Kuşner: ABŞ və müttəfiqləri Avropaya dair məzmunlu məsləhətləşmələr aparıb
Digər ölkələr
02:49
Zonqulkdakda avtomobil dərəyə aşıb, ölən və yaralananlar var
Region
02:29
Tramp: Ukrayna ilə bağlı saziş bütün Avropaya təsir edə bilər
Digər ölkələr
02:19
İran "Starlink"ə qarşı yerli peyk interneti yaratmaq istəyir
Region