Gürcüstanda ərzaq məhsulları bahalaşıb
Region
- 03 sentyabr, 2018
- 08:19
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Tbilisi. 3 sentyabr. REPORT.AZ/ Ötən ay Gürcüstanda inflyasiya 0,5% təşkil edib.
“Report”un yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin məlumatında bildirilib.
İllik infilyasiya 3,1% olub.
Avqust ayında ərzaq məhsulları və alkoqolsuz içkilərin qiyməti 1,5%, tərəvəzlərin qiyməti 16,4%, süd məhsullarının qiyməti isə 4,8% bahalaşıb. Meyvə və üzümün qiymətində isə ucuzlaşma (-16,2%) qeydə alınıb. Geyim (-1,1%) və ayaqqabıların (-1,3%) qiymətində də ucuzlaşma olub.
İllik inflyasiyaya gəlincə, ötən illə müqayisədə nəqliyyat xərcləri 7,8%, ərzaq və alkoqolsuz içkilər 3,2%, alkoqollu içkilər və tütün 4,7%, səhiyyə xərcləri 5,2%, kommunal xərclər isə 3,4% artıb.
Son xəbərlər
03:44
Heqset: Konqresdə mənim istefama nail ola bilməyəcəklər
Digər ölkələr
03:03
Kuşner: ABŞ və müttəfiqləri Avropaya dair məzmunlu məsləhətləşmələr aparıb
Digər ölkələr
02:49
Zonqulkdakda avtomobil dərəyə aşıb, ölən və yaralananlar var
Region
02:29
Tramp: Ukrayna ilə bağlı saziş bütün Avropaya təsir edə bilər
Digər ölkələr
02:19
İran "Starlink"ə qarşı yerli peyk interneti yaratmaq istəyir
Region
01:59
UEFA Avropa Liqası: "Milan" öz meydanında uduzub, "Yuventus" səfərdə qələbə qazanıb
Futbol
01:57
UEFA Konfrans Liqası: "Trabzonspor" öz meydanında məğlub olub
Futbol
01:51
Rusiya XİN: Ermənistan KTMT-də səsvermə hüququndan məhrum edilə bilər
Region
01:18
İsxak Hersoq İsrailin baş naziri postuna namizədin adını açıqlayacaq
Digər ölkələr