Gürcüstan parlamentində Rusiya himni səsləndirilib
Region
- 28 iyun, 2021
- 10:55
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Gürcüstan parlamentinin növbədənkənar iclasında Rusiyanın dövlət himni eşidilib.
“Report”un yerli bürosu xəbər verir ki, himni müxalif Vahid Milli Hərəkat Partiyasının üzvü Nona Mamulaşvili İnsan haqları və vətəndaş inteqrasiyası Komitəsinin sədri Mixeil Sarcveladze çıxış edərkən mobil telefonu vasitəsilə səsləndirib.
Bundan sonra qanunverici orqanda səs-küy yaranıb. Parlamentin sədri Kaxa Kuçava xanım deputatın hərəkətini utancverici adlandırıb.
“Bravo, bravo! Gürcüstanın müstəqillik aktının imzalandığı yerdə siz Rusiya himnini səsləndirdiniz”, - spiker deyib.
Qeyd edək ki, iclasda baş nazir İrakli Qaribaşvilinin illik hesabatı ilə bağlı siyasi debatlar keçirilir.
Son xəbərlər
07:48
Çində yeni qurbağa növü aşkarlanıb
Maraqlı
07:11
"İnter Mayami" MLS-də "Şarlott"la heç-heçə edib
Futbol
06:48
SEPAH ballistik raketlərin uçuş məsafəsinə qoyulan məhdudiyyəti ləğv edib
Region
06:26
Qızılın qiyməti oktyabrda son 18 ilin ən kəskin aylıq enişini yaşayıb
Maliyyə
05:56
Çilidə avtobusun yük maşını ilə toqquşuması 12 nəfərin ölümünə səbəbə olub
Digər ölkələr
05:15
Los-Ancelesdə avtomobil piyadaların üzərinə sürülüb, 8 nəfər yaralanıb
Digər ölkələr
04:44
Oman körfəzində yük gəmisi ilə hərbi qüvvələr arasında insident baş verib
Digər ölkələr
04:21
Yaponiyada güclü zəlzələ olub, 20-dən çox şəxs yaralanıb
Digər ölkələr
04:04
"Real Madrid" 2022-ci ildən bəri ilk dəfə qələbə seriyasını 8 oyuna çatdırıb
Futbol