Ərdoğan Sİ-nin kibertəhdidlərə təsiri barədə məlumatlandırılıb

Region
  • 27 oktyabr, 2026
  • 20:38
Ərdoğan Sİ-nin kibertəhdidlərə təsiri barədə məlumatlandırılıb

Türkiyənin Kibertəhlükəsizlik Şurasının toplantısı keçirilib və süni intellekt texnologiyalarındakı inkişafların kibertəhdidlərin xarakterinə, miqyasına və sürətinə təsirləri müzakirə edilib.

"Report" xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin "X" sosial şəbəkə hesabında məlumat paylaşılıb.

"İclasda qlobal və regional geosiyasi proseslərin kibertəhlükəsizlik mühitinə təsirləri, beynəlxalq arenada baş verən aktual kibertəhlükəsizlik hadisələri və dəyişən təhdid dinamikaları hərtərəfli şəkildə müzakirə edilib", - məlumatda bildirilib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən iclasda süni intellekt texnologiyalarındakı inkişafların kibertəhdidlərin xarakterinə, miqyasına və sürətinə təsirləri barədə məlumat verilib:

"Türkiyənin rəqəmsal sahədəki suverenliyini gücləndirmək, kritik texnologiyalarda xaricdən asılılığı azaltmaq və milli texnologiya potensialını inkişaf etdirmək məqsədilə hazırlanan Rəqəmsal Suverenlik Strategiyası Kibertəhlükəsizlik Şurasına təqdim edilib".