"CNN Brasil": Bolsonaru ailəsi ilə birlikdə ABŞ-yə qaçıb

Digər ölkələr
  • 27 oktyabr, 2026
  • 22:01
CNN Brasil: Bolsonaru ailəsi ilə birlikdə ABŞ-yə qaçıb

Braziliyada prezident seçkilərində məğlub olan senator Flavio Bolsonaru məhkəmənin qadağasına baxmayaraq ölkəni tərk edib.

"Report" "CNN Brasil"ə istinadən xəbər verir ki, bu barədə siyasətçinin ətrafındakı mənbələr məlumat veriblər.

Telekanalın məlumatına görə, Braziliyanın sabiq prezidenti Jair Bolsonarunun oğlu ailəsi ilə birlikdə ABŞ-yə yollanıb.

Bildirilib ki, senator ölkəni tərk etdiyi vaxt onun barəsində ölkədən çıxışa məhkəmə qadağası qüvvədə olub.

44 filmi