Afyonkarahisarda silahlı hücum qeydə alınıb, ölənlər var

Region
  • 05 noyabr, 2026
  • 21:16
Afyonkarahisarda silahlı hücum qeydə alınıb, ölənlər var

Türkiyənin Afyonkarahisar şəhərində silahlı hücum qeydə alınıb, ölənlər var.

"Report" "TRT Haber"ə istinadən xəbər verir ki, Afyonkarahisarda silahla vurulan 10-a yaxın şəxs həyatını itirib.

Ayazini kəndi ərazisində 3 nəfərin, Kıyır kəndində də 3 nəfərin silahla öldürüldüyü müəyyən edilib. Yukarıtandır kəndində 2 qadın yaralı halda tapılıb. Xəstəxanaya yerləşdirilən qadınları tibbi müdaxiləyə baxmayaraq xilas etmək mümkün olmayıb.

Ölü sayının 8-ə çatdığı bildirilib. Ağır yaralı halda tapılan başqa bir nəfərin həyatını itirdiyi barədə Türkiyənin bəzi media orqanları məlumat yayıb və ölü sayının 9-a çatdığı bildirilib. Lakin bu xəbər dövlət qurumları tərəfindən təsdiqlənməyib.

Şübhəlilərin saxlanılması üçün axtarışlar davam edir.