Azərbaycan-Bolqarıstan birgə filmi İspaniyada festivalda dörd mükafata layiq görülüb

Mədəniyyət siyasəti
  • 23 noyabr, 2026
  • 13:52
Azərbaycan-Bolqarıstan birgə filmi İspaniyada festivalda dörd mükafata layiq görülüb

Azərbaycan və Bolqarıstanın birgə istehsalı olan "Üç kiloqramlıq xoşbəxtlik" tammetrajlı bədii filmi İspaniyanın 38-ci Jirona Beynəlxalq Film Festivalında "Ən yaxşı film" mükafatını qazanıb.

"Report" xəbər verir ki, ekran əsəri həmçinin "Ən yaxşı rejissor", "Ən yaxşı aktyor" və "Ən yaxşı aktrisa" nominasiyalarında da qalib gəlib.

Bildirilib ki, festivalın müsabiqə proqramına 28 ölkədən tammetrajlı bədii, sənədli, qısametrajlı və animasiya janrlarında filmlər daxil edilib.

"Üç kiloqramlıq xoşbəxtlik" tammetrajlı bədii filminin quruluşçu rejissoru və prodüseri Zornitsa Sofiya, prodüserləri isə Fehruz Şamıyev, Ayşad Səfərəliyev və Mehmet Bahadır Erdir.

Film 2024-cü ildə Azərbaycan Respublikasının Kino Agentliyinin təşkil etdiyi "Post-prodakşn mərhələsində olan filmlərə dəstək" müsabiqəsinin qalibi kimi maliyyə yardımı alıb.

Bundan əvvəl film Bolqarıstanda təşkil edilən "Qızıl lalə" Bədii Filmlər Festivalında "Ən yaxşı ssenari" mükafatına layiq görülüb.

Filmin Azərbaycan premyerasının gələn il Bakı Beynəlxalq Film Festivalında baş tutacağı planlaşdırılır.