Azərbaycanda ödənilən subsidiyaların 85 %-i süni intellektlə monitorinq edilir

ASK
  • 23 noyabr, 2026
  • 13:58
Azərbaycanda ödənilən subsidiyaların 85 %-i süni intellektlə monitorinq edilir

Kənd Təsərrüfatı Nazirliyinin ödədiyi subsidiyaların 85 %-i süni intellekt alətləri tərəfindən monitorinq edilir.

"Report" xəbər verir ki, bunu nazirliyin Aqrar Süni İntellekt layihəsinin rəhbəri Surxay Novruzov bu gün Bakıda keçirilən Azərbaycan-İtaliya biznes forumu çərçivəsində panel müzakirələrdə deyib.

Onun sözlərinə görə, süni intellektdən 33 istifadə halı modelləri mövcuddur: "Tamamilə 100 % yerli, gənc və yeni nəsil insanlarımız tərəfindən hazırlanıb. Onlardan 25-i Azərbaycanda məhsuldarlığın artırılması üçün işləyir, 5-i subsidiya səmərəliliyi üçün, 3-ü isə heyvandarlıq üçündür. Ümumilikdə, bu, bitki mühafizəsini, məhsuldarlığı, suvarmanı, torpaq xəritəsini, məhsul yığımını və s. əhatə edir. Beləliklə, əgər təfərrüatlara keçsək, biz artıq 24 istifadə halını tamamlamışıq və indi onların əksəriyyəti inteqrasiya edilir. Suvarma aşkarlanmasından, dövlət dəstəyinin effektivliyindən, tozlanma dərəcəsindən, peyk, xəritələmə, bir çox istifadə halları tamamlanıb və deyə bilərəm ki, onlardan üçü artıq Kənd Təsərrüfatı Nazirliyinin gündəlik işlərinin bir hissəsidir".

S. Novruzov bildirib ki, indi fermerlər fermalarında hər hansı stress baş verməzdən əvvəl xəbərdarlıq mesajı ala bilirlər: "Beləliklə, ümumilikdə, biz əslində "Telegram" və "WhatsApp" üzərindən xüsusi kanal qurmuşuq, onlar səhər saat 9:50-dən əvvəl fermerlər telefonlarını açıb çox texniki məlumat olan, amma gündəlik suvarmaları üçün çox vacib olan evapotranspirasiya - suyun torpaq, su hövzələri və bitki səthindən fiziki buxarlanması ilə bitkilərin yarpaqları vasitəsilə buxar buraxması proseslərinin cəmi olan məlumatlarını ala bilərlər. Onlar fermalarına gəlməzdən əvvəl hər hansı zərərverici və xəstəlik riski haqqında məlumatları ala bilərlər, məhsulları üçün topdansatış bazarı və ümumi supermarket qiymətlərini ala bilərlər. Bu kimi bir çox məlumatı, məsələn, əgər hər hansı tətbiq etməyi planlaşdırırlarsa, pestisid tətbiqi və ya traktorla edəcəkləri hər hansı bir şey, fermadan çıxmazdan əvvəl sadəcə telefonlarında ən uyğun vaxtları ala bilərlər".

44 filmi