XİN başçısı: Azərbaycan-İtaliya əməkdaşlığının əsas istiqamətlərindən biri də enerji sektorudur

Xarici siyasət
  • 23 noyabr, 2026
  • 14:01
XİN başçısı: Azərbaycan-İtaliya əməkdaşlığının əsas istiqamətlərindən biri də enerji sektorudur

Azərbaycanla İtaliya arasında əməkdaşlığın əsas istiqamətlərindən biri də enerji sektorudur.

"Report"un məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda italiyalı həmkarı Antonio Tayani ilə mətbuat üçün brifinqdə deyib.

Nazir bildirib ki, Azərbaycanla Aİ arasında Xəzər dənizi, Qara dəniz elektrik kabel layihəsi icra edilməkdədir:

"Həmin layihənin hazırlanmasında İtaliya şirkətləri çox fəal rol oynayırlar. Hesab edirik ki, bu layihənin növbəti mərhələlərində də İtaliya faydalanan tərəflərdən biri olacaq".

44 filmi