Əmanətlərin Sığortalanması Fondu kibertəhlükəsizlik sisteminin lisenziyasını yeniləyir
- 12 noyabr, 2026
- 14:38
Yeniliklərdən dərhal xəbərdar olun!
Əmanətlərin Sığortalanması Fondu (ƏSF) Privileged Access Management (PAM) – Cyberark sisteminin lisenziyasının 1 illik uzadılması/yenilənməsi xidmətini satın alır.
"Report" bu barədə ƏSF-ə istinadən xəbər verir.
Məlumata görə, sistemin istifadəçi sayı 40 nəfər, istifadə müddəti 1 il, ehtimal olunan qiymət 82 min 607,08 manat manatdır. Təklifin təminatının məbləği ehtimal olunan qiymətin 5 %-i həcmində bank qarantiyası verilməlidir.
Təkliflər noyabrın 26-sı, saat 12:00-dək təqdim edilməlidir. Zərflərin açılış tarixi və vaxtı, həmin gün, saat 16:00-da həyata keçiriləcək. Satınalma predmeti ilə bağlı təkliflər Bakı şəhəri, Babək prospekti 16 ünvanına çatdırılmalıdır.
Təchizatçılar tərəfindən tenderdə iştirak etmək üçün aşağıdakı sənədlər təqdim olunmalıdır:
1. Tenderdə iştirak etmək üçün ərizə;
2. İştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi:
2.1. İştirak haqqının məbləği: 100 (bir yüz) manat;
3. Tender təklifi;
4. Təchizatçı haqqında tələb olunan sənədlər:
5. Hüquqi statusu və dövlət qeydiyyatını təsdiq edən sənədlərin surətləri (nizamnamə və dövlət qeydiyyat şəhadətnaməsi),
6. ƏDV qeydiyyatının olub olmamasını müəyyən etməyə imkan verən sənədlərin surətləri, VÖEN, bank rekvizitləri.
Tender şərtlər toplusu:
1. Tenderdə iştirak etmək üçün iddiaçılar aşağıdakı zəruri tələblərə cavab verməlidir:
1.1. Privileged Access Management (PAM) – Cyberark sisteminin satışı ilə bağlı xidmətlər sahəsində qanunvericiliyə uyğun qaydada fəaliyyət göstərilməsi və ya satınalma müqaviləsini bağlamaq səlahiyyətinin olması;
1.2. Satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığınm olması;
1.3. Öz əmlakından sərbəst istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması;
1.4. Barəsində iflas proseduruna başlanılmaması və ya müflislik barədə iddia qaldırılmaması;
1.5. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq fəaliyyəti dayandırılmış şəxs olmaması;
1.6. Büdcəyə icbari ödənişlərlə (vergilər, rüsumlar, sosial ödənişlər və s.) bağlı müddəti keçmiş borcları olmaması;
1.7. "Dövlət satınalmaları haqqında" Azərfbaycan Respublikası qanununa əsasən etibarsız təchizatçılar reyestrində daxil edilməməsi.
2. Satınalma predmetinin iki və ya daha çox təchizatçı arasında bölünməsi nəzərdə tutulmur.
3. Satınalma müqaviləsinə əsasən müqavilənin qiyməti satınalma predmeti satınalan təşkilata tam şəkildə təhvil verildikdən sonra hər iki tərəfin səlahiyyətli nümayəndəsi tərəfindən təsdiq edilən təhvil-təslim sənədinə əsasən 5 (beş) iş günü ərzində, bank köçürməsi yolu ilə ödənilir.
4. Satınalma predmetinin qiymətinə onun dəyərindən başqa, digər xərclər (vergilər, üsumlar və s) daxil edilir.
5. Tender təklifinin qiyməti Azərbaycan manatı ilə hesablanır.
6. Tender təklifi Azərbaycan dilində hazırlanır.
7. Təchizatçılar tərəfindən tender təklifinin təminatı qismində ehtimal olunan qiymətin 5 faizi həcmində Bank qarantiyası təqdim olunur (4 130,35 manat).
8. Tender təklifləri qapalı zərfdə, imzalanıb və möhürlənərək (dörd tərəfdən), Əmanətlərin Sığortalanması Fondunun Bakı şəhəri, Babək prospekti 16 ünvanında yerləşən inzibati binasına 26 noyabr 2026-cı il, saat 12:00-a qədər təqdim olunmalıdır.
9. Təchizatçılar tərəfindən zəruri hesab edildiyi hallarda satınalan təşkilatla təchizatçılar arasında görüş keçirilir.
10. Tender təklifi 26.12.2026-cı il tarixinədək qüvvədədir.
11. Tender təklifi zərflərinin açılışı 26 noyabr 2026-cı il tarixində saat 16:00-da Əmanətlərin Sığortalanması Fondunun inzibati binasında həyata keçiriləcəkdir.
12. Tender təkliflərinin qiymətləndirilməsi və müqayisəsi üçün istifadə olunacaq valyuta Azərbaycan manatıdır.
13. Tender sorğusu "Əmanətlərin Sığortalanması Fondunun satınalmalara dair Qaydaları"na əsasən həyata keçirilir.
14. Komissiya tender prosedurunun keçirilməsi zamanı iddiaçılar arasında qiymətin qaldırılmasına yönələn sövdələşmə müəyyən edildikdə, tender təklifləri tenderin əsas şərtlər toplusuna uyğun olmadıqda, tender predmetinin maliyyələşdirilməsi dayandırıldıqda bütün tender təkliflərini rədd edə bilər.
15. Təkliflərin qiymətləndirilməsi zamanı aşağıdakı meyarlar əsas götürülür:
15.1. Satınalma predmetinin funksional (istehlak xüsusiyyətləri) və/və ya keyfiyyət xarakteristikaları;
15.2. Satınalma predmetinin qiyməti;
15.3. Satınalma predmetinin istismar xərcləri;
15.4. Satınalma predmetinə texniki xidmət xərcləri;
15.5. Satınalma predmetinin göndərilməsi (çatdırılması), işlərin görülməsi, xidmətin göstərilməsi müddəti;
15.6. Satınalma predmetinin keyfiyyətinə verilmiş təminat (qarantiya) müddəti.
16. Tender təkliflərinin akseptindən sonra satınalma predmeti ilə bağı təlabatı təmin edən və ən aşağı qiymət təklifi təqdim edən təchizatçı ilə 5 (beş) iş günü ərzində satınalma müqaviləsi bağlanılır.
17. Tenderin təşkili ilə bağlı məlumat almaq üçün əlaqələndirici şəxs Əmanətlərin Sığortalanması Fondunun Satınalma komissiyasının katibi Rüfanə Xanlarovadır.