Azərbaycan 9 ayda dövlət investisiya proqramı çərçivəsində 309 layihə icra edib
- 13 noyabr, 2026
- 14:27
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda dövlət investisiya proqramı çərçivəsində 309 layihə icra edilib, onların həyata keçirilməsi üçün nəzərdə tutulmuş vəsaitin təxminən 60 %-i və yaxud 1 milyard 623,8 milyon manat istifadə olunub.
"Report" xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin 9 aylıq hesabatında bildirilir.
Sənədə əsasən, həmin vəsaitin 714,4 milyon manatı nəqliyyat layihələrinə, 320,1 milyon manatı su təsərrüfatı və meliorasiya layihələrinə, 87,7 milyon manatı sosial layihələrə, 186,2 milyon manatı energetika və sənaye layihələrinə, 93,4 milyon manatı müdafiə və hüquq-mühafizə layihələrinə, 222 milyon manatı sair layihələrə yönəldilib.
Hesabat dövründə investisiya proqramı üzrə icra edilən layihələrin 62-si nəqliyyat, 86-sı su təsərrüfatı və meliorasiya, 13-ü energetika və sənaye, 40-ı müdafiə və hüquq-mühafizə, 65-i sosial, 43-ü isə digər layihələr olub.