Azərbaycan 9 ayda vahid xəzinə hesabının idarə edilməsindən 47 milyon manat gəlir əldə edib

Maliyyə
  • 13 noyabr, 2026
  • 14:32
Azərbaycan 9 ayda vahid xəzinə hesabının idarə edilməsindən 47 milyon manat gəlir əldə edib

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda vahid xəzinə hesabının qalığının aktiv idarəetməyə verilməsindən 46,8 milyon manat faiz gəliri əldə edilib.

"Report" xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin 9 aylıq hesabatında bildirilir.

Sənədə əsasən, söhbət xarici valyutada olan vəsaitlərin idarə edilməsindən gedir.

Xatırladaq ki, 2025-ci ildə Azərbaycanda vahid xəzinə hesabının effektiv idarə edilməsi sayəsində dövlət büdcəsinə ümumilikdə 121 milyon manat gəlir təmin olunub.

44 filmi