AMB: Kredit portfelinin dollarlaşma səviyyəsi aşağı düşüb
Maliyyə
- 03 yanvar, 2019
- 12:22
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 3 yanvar. REPORT.AZ/ 2018-ci il dekabrın 1-nə əsasən, Azərbaycanda bank və kredit təşkilatlarının cəmi kredit portfelinin 37,19%-i xarici valyutada olan kreditlərin payına düşüb.
“Report” bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.
Hesabata əsasən, kredit portfelinin dollarlaşma səviyyəsində aylıq müqayisədə 0,61 faiz bəndi azalma qeydə alınıb.
Qeyd edək ki, sözügedən nisbət 2018-ci il noyabrın 1-nə 37,8%, 2018-ci ilin əvvəlinə 40,86% olub.
2018-ci il dekabrın 1-nə kredit təşkilatlarının cəmi kredit qoyuluşu 12 564,2 mln. manat təşkil edib. Bunun da 1 688,7 mln. manatı və yaxud 13,4%-i vaxtı keçmiş kreditlər olub.
ЦБА: Уровень долларизации кредитного портфеля снизился
CBA: Dollarization level drops in loan portfolio
Son xəbərlər
03:44
Heqset: Konqresdə mənim istefama nail ola bilməyəcəklər
Digər ölkələr
03:03
Kuşner: ABŞ və müttəfiqləri Avropaya dair məzmunlu məsləhətləşmələr aparıb
Digər ölkələr
02:49
Zonqulkdakda avtomobil dərəyə aşıb, ölən və yaralananlar var
Region
02:29
Tramp: Ukrayna ilə bağlı saziş bütün Avropaya təsir edə bilər
Digər ölkələr
02:19
İran "Starlink"ə qarşı yerli peyk interneti yaratmaq istəyir
Region
01:59
UEFA Avropa Liqası: "Milan" öz meydanında uduzub, "Yuventus" səfərdə qələbə qazanıb
Futbol
01:57
UEFA Konfrans Liqası: "Trabzonspor" öz meydanında məğlub olub
Futbol
01:51
Rusiya XİN: Ermənistan KTMT-də səsvermə hüququndan məhrum edilə bilər
Region
01:18
İsxak Hersoq İsrailin baş naziri postuna namizədin adını açıqlayacaq
Digər ölkələr