Türkiyənin basketbol millisi dünya çempionatında mükafatsız qalıb
Komanda
- 05 sentyabr, 2019
- 10:27
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Kişi basketbolçulardan ibarət Türkiyə yığması Çində keçirilən dünya çempionatının ilkin qrup mərhələsində sonuncu oyununa çıxıb.
"Report"un məlumatına görə, Ufuk Sarıcanın baş məşqçi olduğu komanda mundialda ilk dəfə iştirak edən Çexiya ilə üz-üzə gəlib. Qarşılaşma Türkiyə millisinin məğlubiyyəti ilə yekunlaşıb - 76:91.
Qrupda yalnız Yaponiyanı məğlub edən (86:67) və ABŞ-a uduzan (93:92) Türkiyə yığması mükafatlar uğrunda mübarizədən kənarda qalıb. Bu komanda yalnız 17 - 32-ci yerlər uğrunda yarışacaq. Çexiya isə qruplarda ilk 2 yeri tutanlardan ibarət 16 ən güclü komandanın vəsiqə qazandığı növbəti qrup oyunlarında mübarizə aparacaq.
Son xəbərlər
13:57
İzmirdə dəmir-polad zavodunda partlayış olub
Region
13:50
Azərbaycan mavi hidrogen istehsalı üçün metanın buxar reforminqinə üstünlük verir
Energetika
13:43
Yeniyetmələrin Yay Olimpiya Oyunları: Azərbaycanın çimərlik güləşi millisi çempion olub
Fərdi
13:41
Peskov: Əbu-Dabidəki danışıqlar avroüçlüyün iştirakı olmadan keçiriləcək
Digər ölkələr
13:33
AK rəhbəri və Ukrayna Prezidenti Qara dənizdə təhlükəsizliyi və Əbu-Dabi danışıqlarını müzakirə ediblər
Digər ölkələr
13:33
Liam Louson "Racing Bulls"la müqaviləsinin müddətini uzadacaq
Formula 1
13:31
İmişlidə ağır avtoqəza baş verib, iki nəfər ölüb - Yenilənib-2
Hadisə
13:28
COP31 Prezidenti: Dünyada iqlim siyasəti eyni zamanda enerji, ərzaq və şəhər siyasətidir
Region
13:24
Video
Türkiyə COP31 üçün xüsusi mahnı təqdim edib
İncəsənət